Xəbər axtarın

Son axtarış nəticələri:

Qətər: "İran bizə xəyanət etdi"

09.03.2026 14:45

İslam Respublikasının körfəz ölkələrinə hücumları böyük xəyanət hissi yaradıb, müharibənin başlamasından cəmi bir saat sonra Qətər və bölgədəki digər ölkələrin raket və pilotsuz təyyarə hücumlarına məruz qalıb.

Primeinfo.az xəbər verir ki, bunu Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Sani Sky News-a verdiyi müsahibədə deyib.

“Bu, böyük xəyanət hissidir. Biz açıq şəkildə bildirmişdik ki, qonşularımıza qarşı heç bir müharibədə iştirak etməyəcəyik”,- o əlavə edib.

Qətər Baş naziri həmçinin İslam Respublikasının hücumlarını “təhlükəli və səhv hesablama” adlandıraraq, körfəz ölkələrinin qonşuları kimi İrandan belə bir hərəkət gözləmədiyini vurğulayıb.

“Böhrana son qoymağın yolu bütün tərəflərin diplomatiya və danışıqlar yoluna qayıtmasıdır”,- Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Sani bildirib.

Paylaş: