Xəbər axtarın

Son axtarış nəticələri:

Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA

27.03.2026 14:59

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə – Şahdağ və Qrıza isə qar yağır.

Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şahdağda qarın hündürlüyü 1 sm-dir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 mm (aylıq normanın 81 %-i), Ağdam, Göygöl, Neftçalada 14, Zərdab, Bərdə, Astarada 13, Xızı, Lənkəranda 12, Beyləqan, Cəlilabad, Daşkəsəndə 11, Goranboy, Kürdəmir, Şamaxıda 10, Lerik, Cəbrayıl, Sabirabadda 9, Şirvanda 8, Xaltan, Yardımlı, Mingəçevir, Gədəbəy, Gəncədə 7, Göyçayda 6, Şəmkir, Oğuzda 5, Ağstafada 4, Tovuz, Qubada 3, Culfa, Şabran, Qax, Qusarda 2, Balakən, Zaqatalada 1 mm-dir.

 

Paylaş: