Xəbər axtarın

Son axtarış nəticələri:

ŞOK: “Türkiyəli admiral deyir ki, PEJAK Azərbaycan neftini ələ keçirəcək” - Aygün Muradxanlıdan ETİRAZ - VİDEO

10.03.2026 17:50

“O gün Türkiyə mediasında bir admiral danışır. Deyir ki, “Azərbaycan, sən belə davam etsən, kürd, “PEJAK” və digər dəstələr sənin də ərazinə gələcək, petrol bölgələrinin hamısını nəzarətə keçirəcək”.

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” proqramında deyib.

O, türkiyəli admiralın bu fikrinə qəti etiraz edib:

“Sən admiralsan? Dəniz xəritəsinə baxmamısan? Bilmirsən ki, Azərbaycanda neft harada yerləşir? Həqiqətən düşünürsən ki, 2-3 terror təşkilatı gəlib, Azərbaycan Respublikasını işğal edəcək, paytaxtı tutacaq, Abşeron yarımadası və dənizdəki neft yataqlarına nəzarət edəcək?!”

Aygün Muradxanlının sözlərinə görə, həmin adamlar Türkiyə ictimaiyyətində çox ciddi qəbul olunurlar:

“Admiraldır, efirə çıxır və hamı da onu diqqətlə dinləyir. Yaxşı, bəs bu təbliğatı kim dayandıracaq? Haradadır Azərbaycanın Türkiyədəki səfirliyini yağır edənlər? Bütün layihələrdə özünü içəri dürtüb, əlində poster səfirlə şəkil çəkdirənlər? Niyə səsiniz çıxmır? Çıxın Türkiyə cəmiyyətinə həqiqəti danışın. Deyin ki, Türk hakimiyyəti İranda vurulsa, bu, Türkiyə üçün son dərəcə ciddi məsələ olacaq”.

Davamı “Qırmızı masa”da:

Paylaş: