
“Təsəvvür edin ki, bu qədər xarabaya qalmış bir dünyada bizim Qarabağ problemimiz həll olunmasaydı, torpaqlarımız işğal altında qalsaydı, necə olacaqdı?”
Primeinfo.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Prime TV-nin “Qırmızı masa” proqramında bildirib.
O, jurnalist Aygün Muradxanlı və keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifovla birgə İranda baş verən son hadisələri şərh edib.
N.Cəfərli hesab edir ki, əgər Azərbaycan öz torpaqlarını erməni işğalından azad etməsəydi, indi olaylar tamam başqa cür cərəyan edə bilərdi:
“Bəlkə də İran növbəti cəbhəni Azərbaycanda açacaqdı ki, hamının başı elə burada qarışsın. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Azərbaycanın fantastik uğurudur. Amma Azərbaycan anlayır ki, təkbaşına Cənubi Azərbaycan mövzusunu həll edə bilməz”.
Keçmiş nazir Fikrət Yusifov da bu fikri dəstəkləyib. O bunun çox çətin və mürəkkəb bir proses olduğunu qeyd edib:
“Buna görə də bu məsələnin içində Türkiyə də olmalıdır”.
Davamı “Qırmızı masa”da: