Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə Malatyada "Patriot" yerləşdirir - raketlərdən qorunmaq üçün 

10.03.2026 11:59

Bölgədə artan gərginlik fonunda NATO-nun “Patriot” Hava Hücumundan Müdafiə Sistemi Türkiyənin Malatya şəhərində yerləşdirilib.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, müdafiə sistemi Türkiyə hava məkanının müdafiəsini gücləndirmək üçün döyüş hazırlığına hazırlanır.

Ankara vurğulayıb ki, Türkiyə NATO və müttəfiq ölkələrlə əlaqələndirmə aparır, vəziyyəti yaxından izləyir və regional sabitliyin təmin edilməsi üçün tədbirlər görməyə davam edəcək.

Xatırladaq ki, bu vaxta qədər İrandan Türkiyəyə doğru 2 ballistik raket atılıb.

Paylaş: