
“Düşünürəm ki, Müctəba Xamneyi, yəqin ki, sağdır”.
Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib.
“O zədələnib, amma düşünürəm ki, hansısa formada sağdır”, – deyə ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, dünən İranın yeni ali rəhbəri Müctəba Xamneyinin ABŞ-İran aviazərbələri nəticəsində yaralandığı rəsmi təsdiqlənib.
Xamyeni ötən gün xalqa ilk müraciətini etsə də, xalqın qarşısına çıxmayıb. Onun müraciəti televiziyada aparıcı tərəfindən səsləndirilib.