Aramsız yağış paytaxtın Abşeron rayonunda da ciddi fəsadlar yaradıb.
Primeinfo.az xəbər verir ki, bu əbarədə oxucular “Qafqazinfo”ya video göndəriblər.
Vətəndaşlar qeyd edib ki, Xırdalan şəhərinin 26-cı məhəlləsindəki binanın zirzəmisini su basıb. Sözügedən binanın “Çinar” MTK-ya aid olduğu bildirilir.
Sakinlərin sözlərinə görə, binada kommunal xidmətlərin verilişi dayandırılıb.
Qeyd edək ki, intensiv yağışlarla əlaqədar 2 gündür su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirləri görülür.
