
“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 2,32% artaraq 1 barelə görə 96,95 ABŞ dolları təşkil edib.
Primeinfo.az-ın məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin may ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 3,22% artaraq 97,45 ABŞ dollarına bərabər olub.
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 20,24 ABŞ dolları və ya 14,39 % azalaraq 120,44 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.