Xəbər axtarın

Son axtarış nəticələri:

Metronun bu stansiyalarını birləşdirən avtobus xəttində gediş pulsuz ola bilər

08.04.2026 12:42

Metronun bu stansiyalarını birləşdirən avtobus xəttində gediş pulsuz ola bilər

Bakı metrosunda xətləri ayrılması layihəsi icra edilərkən “28 May” və “Nizami” stansiyaları arasında avtobusların ödənişsiz fəaliyyət göstərməsi məsələsi müzakirə edilir.

Primeinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.

“Bu məsələ yalnız Metropolitenə bağlı deyil. Proses üzrə bütün aidiyyəti qurumlar kompleks şəkildə işləyir. Bütün bunlar öncədən ictimaiyyətə elan ediləcək”, – deyə o əlavə edib.

Paylaş: