Xəbər axtarın

Son axtarış nəticələri:

Hörmüzdən keçən gəmilər üçün alternativ marşrut MÜƏYYƏNLƏŞDİ

09.04.2026 10:49

İran Limanlar və Dənizçilik Təşkilatı Hörmüz boğazından keçməyi planlaşdıran gəmilər üçün potensial dəniz minaları ilə toqquşma riskini azaltmaq məqsədilə alternativ marşrutlar açıqlayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Gəmilərin SEPAH-ın Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirilmələri tövsiyə olunub:

“Fars körfəzi, Hörmüz boğazında hərbi vəziyyət və dənizdə müxtəlif gəmi əleyhinə minaların mövcudluğu ehtimalı ilə əlaqədar boğazdan keçmək niyyətində olan bütün gəmilər sonrakı xəbərdarlığa qədər SEPAH ilə koordinasiyalı şəkildə alternativ hərəkət marşrutlarından istifadə etməlidirlər. Bu qərar dəniz təhlükəsizliyi prinsiplərinə riayət etmək və dəniz minaları ilə potensial toqquşmalardan qorunmaq üçün verilib”.

SEPAH Fars körfəzində keçid gözləyən gəmilərə giriş marşrutu olaraq Oman körfəzindən şimala doğru irəliləyib Larak adasının yaxınlığından Fars körfəzinə keçməyi, çıxış marşrutu olaraq isə Fars körfəzindən başlayıb Larak adasının cənubundan keçərək, Oman körfəzinə doğru davam etməyi tövsiyə edib.

Məlumata görə, ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəsdən sonra Hörmüz boğazı İsrailin Livana hücumları səbəbindən müvəqqəti bağlı qalıb.

Paylaş: