Xəbər axtarın

Son axtarış nəticələri:

İran savaşı bitirmək üçün 10 maddəlik plan təklif etdi: Hörmüz 2 həftə açıq olacaq 

08.04.2026 07:16

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraillə atəşkəslə bağlı açıqlama yayıb.

Primeinfo.az xəbər verir ki, Əraqçi açıqlamasında yazıb: “Pakistan Baş nazirinin qardaşcasına müraciətinə, ABŞ-ın 15 maddəlik təklifləri əsasında danışıqlar çağırışına və ABŞ prezidentinin İranın 10 maddəlik təkliflərinin ümumi qəbulunu danışıqların əsası kimi elan etməsinə cavab olaraq, İranın Ali Milli Təhlükəsizlik Şurası adından bəyan edirəm:

– Əgər İran İslam Respublikasına qarşı hücumlar dayandırılarsa, güclü silahlı qüvvələrimiz də müdafiə xarakterli əməliyyatlarını dayandıracaq.

– İran silahlı qüvvələri ilə koordinasiya şəraitində və mövcud texniki məhdudiyyətlər nəzərə alınmaqla, iki həftə müddətində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq”.

Paylaş: