Xəbər axtarın

Son axtarış nəticələri:

İranda “Şahed” dronları istehsal edən bütün müəssisələr vurulub

08.04.2026 23:00

İranda ümumilikdə 13 mindən çox, o cümlədən 4 min dinamik hədəf vurulub.

Primeinfo.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın Havadan Müdafiə sistemlərinin 80 faizi, 2000-dən çox komanda və logistika mərkəzi məhv edilib, 450-dən çox ballistik raket anbarı, 800 kamikadze dron anbarı vurulub.

“150 gəmi, eyni zamanda, SEPAH-ın kiçik hücum qayıqlarının yarısı dənizin dibindədir. İranın dəniz minalarına qarşı 700-dən çox hücum həyata keçirilib və onların 95%-i məhv edilib”, – Den Keyn vurğulayıb.

O əlavə edib ki, İranda “Şahed” dronları istehsal edən bütün müəssisələr vurulub və İranın indiyədək 1 700 ballistik raket və dronları zərərsizləşdirilib.

Paylaş: