Xəbər axtarın

Son axtarış nəticələri:

NİİM: 3 ayda 43 piyadanı avtomobil vurub, 21-i ölüb – VİDEO

27.04.2026 14:44

NİİM: 3 ayda 43 piyadanı avtomobil vurub, 21-i ölüb – VİDEO

“Bu hadisə ötən gün səhər saatlarında paytaxtın Nizami rayonu, Heydər Əliyev prospketi “Koroğlu” metro stansiyasının yaxınlığında baş verib. Nəticədə piyada dünyasını dəyişib. Müşahidə kamerasının qeydə aldığı bu qəza 12 zolaqlı yolun hərəkət hissəsindən keçməyin nə qədər təhlükəli olduğunu göstərir”.

Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yol hərəkəti iştirakçılarına müraciətində deyilir.

“Yol hərəkəti iştirakçılarının maariflənməsi üçün mütəmadi aparılan təbliğat işləri, bu istiqamətdə yol-nəqliyyat hadisələrinin real görüntülərinin diqqətə çatdırılması müsbət nəticə versə də, ancaq təəsüflər olsun ki, bəzi sürücü və piyadalar bundan nəticə çıxarmır.

Bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43-ü piyada vurulması ilə bağlı olub. Nəticədə 21 piyada dünyasını dəyişib, 24-ü isə xəsarət alıb”, – deyə məlumatda qeyd edilib.

 

Paylaş: