
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə əldə edilmiş atəşkəs razılaşmasına münasibət bildirib.
Primeinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə platforması X üzərindən paylaşım edib.
Pezeşkian qeyd edib ki, iki həftəlik atəşkəs razılaşması İranın irəli sürdüyü prinsiplərə uyğun şəkildə əldə olunub və bu prosesdə ölkəsinin səyləri həlledici rol oynayıb.
Onun sözlərinə görə, əldə olunan razılaşma İranın mövqeyinin nəzərə alındığını və diplomatik səylərin nəticə verdiyini göstərir.
Qeyd edək ki, ABŞ və İran arasında əldə olunan iki həftəlik atəşkəs regionda gərginliyin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
آتشبس با پذیرش اصول کلی مورد نظر ایران، ثمره خون رهبر شهیدمان خامنهای بزرگ و دستاورد حضور همه مردم در صحنه بود. از امروز نیز همچنان کنار هم خواهیم ماند. چه در میدان دیپلماسی، چه در میدان دفاع، چه در صحنه خیابان و چه در عرصه خدمترسانی.#باهم_بودنمان_پیروزی_است
— Masoud Pezeshkian (@drpezeshkian) April 8, 2026