
“Amerika birmənalı şəkildə göstərdi ki, Pəhləvi rejiminin arxasında durmayıb. Elan etdi ki, Pəhləvi ciddi adam deyil. PKK, kürd separatçıları mövzusunu da elə-belə işarələmədi”.
Primeinfo.az xəbər verir ki, bu sözləri əslən təbrizli olan Azərbaycanın tanınmış yazıçısı Həmid Herisçi Prime TV-nin “Turan masası” proqramında deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın kürd separatçılarını silahları mənimsəməkdə ittiham etməsi təsadüfi deyil:
“Bu o deməkdir ki, onlara silah göndərmişəm, mənimsəyiblər. Demək ki, ciddi deyillər və mən onların arxasından çəkilirəm. İsrailin məlum layihəsi də qapandı. PKK-nın İran və Güney Azərbaycanda iştirakı təkcə siyasi separatizmlə məhdudlaşmır. Onların orada çox ciddi iqtisadi layihələri var. Bu gün İrandan, o cümlədən Güney Azərbaycandan bütün mallar alınıb gətirilir Türkiyə, Suriya, İraqda rebrendinq olunaraq, 3 dəfə baha qiymətə türk malı kimi satılır. Həmçinin Bakıda”.
Davamı “Turan masası”nda: