
Atəşkəsin elan olunmasına baxmayaraq, bölgədə gərginlik səngimək əvəzinə daha da artmaqdadır.
Primeinfo.az xəbər verir ki, İranın “Tehran Times” nəşri ABŞ və İsrailin atəşkəs rejimini dəfələrlə pozduğunu bildirib.
Nəşrin yaydığı məlumata görə, bu cür addımlar regionda vəziyyəti yenidən kritik həddə çatdırır və Tehran bunu cavabsız qoymaq niyyətində deyil. Bildirilir ki, İran tərəfi baş verənləri razılaşmanın açıq şəkildə pozulması kimi qiymətləndirir.
Eyni zamanda vurğulanır ki, əgər bu cür hallar davam edərsə, İran tərəfindən “qətiyyətli cavab” veriləcək. Bu isə faktiki olaraq bölgədə yeni eskalasiya riskini artırır.
Mövcud vəziyyət onu göstərir ki, elan olunan atəşkəs formal xarakter daşıyır və tərəflər arasında qarşılıqlı ittihamlar fonunda sabitlik hələ də təmin olunmayıb.