Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: "Almaniya Kansleri işimizə qarışmaq yerinə, ölkəsini xilas etsin"

30.04.2026 21:08

Tramp: "Almaniya Kansleri işimizə qarışmaq yerinə, ölkəsini xilas etsin"

ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib.

Primeinfo.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.

“Almaniya Kansleri Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq və öz çökmüş ölkəsini xilas etmək üçün daha çox vaxt sərf etməlidir. Xüsusilə də immiqrasiya və enerji sahələrində”,- Tramp vurğulayıb.

Tramp Almaniya liderinin Rusiya-Ukrayna məsələsində rolunun tamamilə qeyri-effektiv olduğunu qeyd edib.

O əlavə edib ki, Merts bunun əvəzinə “İranın nüvə təhdidinin aradan qaldırılması ilə məşğul olan ölkələrin işinə müdaxilə etməyə” isə daha az vaxt ayırmalıdır.

Qeyd edək ki, Almaniya Kansleri İranla müharibəyə qarşı çıxıb və bunun Avropaya ziyan verdiyini bəyan edib.

Paylaş: