
Türkiyədə İstanbul Anadolu Baş Prokurorluğunun rəhbərliyi altında məşhurlara qarşı narkotik istintaqı çərçivəsində yeni əməliyyat həyata keçirilib.
Primeinfo.az bu barədə “Haber Global”a istinadən bildirir.
Məlumata görə, “Narkotik və ya stimullaşdırıcı maddələrin satın alınması, qəbul edilməsi, saxlanması, istifadəsi və təmin edilməsi” cinayətlərində iştirak etdiyi ehtimal edilən şübhəlilər barəsində prosedurlar başlanıb. Eyni zamanda axtarış və müsadirə əməliyyatları həyata keçirilib.
Əməliyyat nəticəsində 14 şübhəlidən 11-i nəzarətə alınıb, 2 şübhəlinin tutulması üçün işlər davam edir. Bir şübhəlinin isə ölkə xaricində olduğu müəyyənləşib. Baş Prokurorluğun yaydığı məlumatda vurğulanıb ki, cəmiyyətin sağlamlığına qarşı törədilmiş cinayətlərlə mübarizə üzrə istintaq çox ciddi şəkildə və qətiyyətlə davam etdirilir.
Beləliklə, əməliyyatda aşağıdakı məşhurlar saxlanılıblar:
1. Hafsanur Sancaktutan
2. Emir Can İğrek
3. Somer Sivrioğlu
4. Serra Pirinç
5. Ogün Alibaş
6. Utku Ünsal
7. Sinem Özenç Ünsal
8. Elif Büşra Pekin
9. Ahsen Eroğlu
10. Burak Deniz
11. Mert Demir
12. Emre (FEL) Öztürk
13. Ender Eroğlu
14. Enes Güler.