Xəbər axtarın

Son axtarış nəticələri:

Yaşar Gülər Aİ-yə üzv ola bilməyən ölkələri dəstəkləməyə çağırıb

09.04.2026 13:27

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO-nu Avropa İttifaqına üzv ola bilməyən ölkələri dəstəkləməyə çağırıb.

Primeinfo.az-ın xəbərinə görə, nazir bildirib ki, əks halda, Avropa İttifaqının bu yanaşması Avropanın təhlükəsizliyi və dayanıqlılığına təhdid yaradacaq.

“Həqiqət budur ki, Türkiyə güclü müdafiə sənayesi ilə Avropanın təhlükəsizliyinə və müdafiəsinə daha çox töhfə verə bilər. Avropalı bir çox dostumuzun bunun fərqində olduğunu bilirik və digərlərinin də bunu çox yaxşı analiz edəcəyini və daha məntiqli bir yanaşma sərgiləyəcəyini düşünürük”, – nazir qeyd edib.

Paylaş: