
Dövlət başçılarını bu il Qırğızıstanda keçiriləcək VI Dünya Köçəri Oyunlarına dəvət edirəm.
Primeinfo.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
“Sentyabr ayında Qırğızıstanda keçiriləcək VI Dünya Köçəri Oyunları beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Dövlət başçılarını, həmçinin ölkə nümayəndə heyətlərini qarşıdakı oyunlarda fəal iştirak etməyə dəvət edirəm”, – Sadır Japarov qeyd edib.