
“Süni intellekt dəstəkli müdafiə texnologiyalarının sürətlə inkişaf etdiyi, enerji, ərzaq və logistika təhlükəsizliyinin strateji məsələyə çevrildiyi, Çin–ABŞ rəqabətinin Avrasiya coğrafiyasına təsirinin artdığı indiki mərhələdə Türk Dövlətləri Təşkilatının (TDT) yalnız “qardaşlıq platforması” olaraq qalması kifayət etmir. Terrorizm, nizamsız miqrasiya, sərhəd təhlükəsizliyi və hibrid müharibə metodları kimi çağırışlar təşkilat daxilində daha koordinasiyalı və institusional təhlükəsizlik mexanizmlərinin yaradılmasını gündəmə gətirir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan general-mayor, hərbi ekspert Yücel Karauz Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, yaxın perspektivdə TDT-nin NATO tipli hərbi alyansa çevrilməsi real görünməsə də, ortaq təhdid anlayışı, böhran koordinasiyası, kəşfiyyat məlumatlarının paylaşılması, sərhəd təhlükəsizliyi, terrorla mübarizə, kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması istiqamətində yeni mexanizmlərin qurulması ehtimalı güclənir.
Davamı “Qırmızı masa”da: