
“Türk xalqlarının ortaq tarixindən, dilindən və mədəni irsindən qaynaqlanan bu gün birlik, həmrəylik və ortaq ideallar ətrafında birləşmənin güclü ifadəsidir.”
Primeinfo.az xəbər verir ki, bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov 3 May “Türkçülük Günü” ilə bağlı paylaşımında qeyd edib.
O əlavə edib ki, köklü keçmişimizdən aldığımız ilhamla Türk Dünyasının qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında daha da güclənərək gələcəyə doğru irəliləyəcəyinə inamımız tamdır.
“Bu münasibətlə bütün türk xalqlarını təbrik edir, Türk Dünyasına sülh, rifah və davamlı birlik arzulayırıq”.