Xəbər axtarın

Son axtarış nəticələri:

TÜRKSOY Oljas Süleymenovun 90 illiyini qeyd edib - FOTO

13.05.2026 12:12

TÜRKSOY Oljas Süleymenovun 90 illiyini qeyd edib - FOTO

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Ankarada tanınmış qazax şairi, yazıçısı, türkoloqu və diplomatı Oljas Süleymenovun anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Dağlara kölgə salmadan çölləri ucaltmaq” adlı proqram, panel müzakirəsi və sərgi açılışı keçirib.

Primeinfo.az-a bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Füzuli Məcidli, Qazaxıstan Respublikasının Ankaradakı səfirliyinin müşaviri Muhammed Enes Kala, Ankara Sosial Elmlər Universitetinin (ASBÜ) rektoru Prof. Dr. Musa Kazım Arıcan və çoxsaylı digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən müşavir Füzuli Məcidli Oljas Süleymanovun Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. 1990-cı ilin Qanlı Yanvar hadisələri və 2020-ci ilin Qarabağ müharibəsi zamanı E.Süleymenovun açıq şəkildə Azərbaycanın tərəfində olduğunu qeyd edən M.Məcidli şairin sovetlər dövründə “İqor dastanı” ilə bağlı yazıları ilə böyük şücaət nümayiş etdirdiyini bildirib.

Füzuli Məcidli onu da xatırladıb ki, O.Süleymanov Azərbaycan prezidenti tərəfindən “Dostluq”, “Şöhrət” və “Şərəf” medalları ilə təltif edilib.

Paylaş: