Xəbər axtarın

Son axtarış nəticələri:

Bakının bəzi ərazilərində qaz fasiləli veriləcək

12.06.2026 11:09

Bakının bəzi ərazilərində qaz fasiləli veriləcək

Bu gün təmir-quraşdırma işləri ilə əlaqədar paytaxtın üç rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə Primeinfo.az-a “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 12.06.2026-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun G. Dmitrov, L. Tolstoy, D. Bünyadzadə, Ə. Qarayev, Deputat küçələrinin və Əlillər evinin, Suraxanı və Səbail rayonlarının “MİDA” yaşayış komplekslərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Paylaş: