
Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisi bəlli olub.
Primeinfo.az klubun rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifə Vinçenzo İtalianoya tapşırılıb.
İtaliyalı mütəxəssis danışıqlar prosesini yekunlaşdırmaq və müqavilə imzalamaq üçün İstanbula gəlib. Hələlik təyinatın detalları açıqlanmır.
Qeyd edək ki, Vinçenzo İtalianonun son klubu ölkəsində “Bolonya” olub.