Xəbər axtarın

Son axtarış nəticələri:

NİİM qəzalarla bağlı sürücələrə müraciət etdi - VİDEO

30.06.2026 13:45

NİİM qəzalarla bağlı sürücələrə müraciət etdi - VİDEO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.

Primeinfo.az xəbər verir ki, qurum piyada keçidlərinə yaxınlaşdıqları zaman sürücülərin əməl etməli və diqqətlə yanaşmalı olduqları 5 qaydanı xatırladıb.

Həmin qaydalar bunlardır:

1. Əvvəlcə yol nişanlarına diqqət yetirməli;
2. Piyadalar keçidə yaxınlaşan zaman sürət həddini azaltmalı;
3. Sərt əyləcdən istifadə etməməli;
4. Düzgün ara məsafəsi saxlamalı;
5. Dayanmalı və piyadalara yol verməlidirlər.

“Bu qaydalara hər bir sürücü əməl etməlidir. Əks təqdirdə piyada vurulması ilə nəticələnən qəzalar qaçılmaz olacaq”, – deyə məlumatda bildirilib.

 

Paylaş: