Xəbər axtarın

Son axtarış nəticələri:

IV Şuşa Qlobal Media Forumu işini davam etdirir

14.07.2026 10:00

IV Şuşa Qlobal Media Forumu işini davam etdirir
İyulun 14-də IV Şuşa Qlobal Media Forumu işini davam etdirir.

Primeinfo.az xəbər verir ki, əvvəlcə forumun məqsəd və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.

Forum panel sessiyalarla işini davam etdirir.

“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilən forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olunur.

Paylaş: