
“Belə ehtimallar mövcuddur ki, ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra toqquşmalar ola bilər. Vaşinqton öz maraqlarını təmin etmək üçün İrana təzyiqi davam etdirəcək. Çünki məsələ bitməyib və İranla məsələ hələ aydınlaşmayıb”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, ABŞ bir neçə gün öncə İrana qarşı daha sərt sanksiyaların tətbiqi ilə bağlı qərar verib: “İran nə qədər sərt bəyanatlar versə də, nəzərə almaq lazımdır ki, özünün vəziyyəti yaxşı deyil”.
Davamı “Qırmızı masa”da: