
Ötən gün Binəqədi rayonunda yerləşən “Lake Hotel”in 4 ofisiantı elektrik cərəyanı vurması nəticəsində həlak olub.
Primeinfo.az xəbər verir ki, bu gün isə “Lake Hotel”in icarədarı Ağasif Verdiyev həbs edilib.
O, texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmaqda ittiham edilir.
Ölkə gündəmini zəbt edən hadisəyə baxmayaraq, otel əvvəlki qaydada işləyir, müştərilərə xidmət göstərir.
Teleqraf-ın əməkdaşı “Lake Hotel”in fəaliyyətini davam etdirdiyinə şahid olub.