Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ Dövlət katibinin müavini Şəhidlər xiyabanında - FOTO

20.11.2025 11:00


ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Huker Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı Səfirliyi “Facebook” hesabında paylaşıb.

“Allison Huker Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib. Dəyərlərini müdafiə edərək həyatını itirən bütün insanları xatırlayır və münaqişə nəticəsində sevdiklərini itirmiş ailələrə və dostlara dərin hüznlə başsağlığı verir”, – paylaşımda qeyd olunub.

Paylaş: