Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tarix AÇIQLANDI

09.02.2026 10:13

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana gələcəyi tarix açıqlanıb. 

Primeinfo.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Azadlıq Radiosuna açıqlamasında məlumat verib.

O bildirib ki, Cey Di Vens fevralın 9-10-da Ermənistana, 10-11-də isə Azərbaycana səfər edəcək.

ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq Azərbaycan səfəri zamanı vitse-prezident Cey Di Vensi müşayiət edəcək.

Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib.

Paylaş: