Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-nin vitse-prezidenti gələn ay Azərbaycana gələcək

24.01.2026 11:20

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralda Azərbaycan və Ermənistana səfər edəcək.

Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

O bildirib ki, səfərin məqsədi sülh səylərini inkişaf etdirmək və TRIPP marşrutunu irəli aparmaqdır.

“ABŞ Azərbaycanla strateji tərəfdaşlığını gücləndirmək, Ermənistanla, o cümlədən sülh təşəbbüsləri və iqtisadi layihələr sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir”.

Paylaş: