
Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya qarşı apardığı müharibəyə görə Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib.
Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, yeni sanksiyalar Rusiya maye qazının idxalına, “kölgə donanmasına”, banklara, kriptoaktivlərə və sanksiyalardan üçüncü ölkələr vasitəsilə yayınma hallarına aiddir.
2027-ci ildən etibarən Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın (SPG) idxalına mərhələli qadağa tətbiq olunacaq.
Qeyd olunur ki, siyahıya Rusiya Federasiyasının 5 bankı, həmçinin Belarus və Qazaxıstandan olan 4 maliyyə qurumu salınıb. Aİ həmçinin “Mir” və SBP ödəniş sistemləri ilə əməliyyatları bloklayır.