
Oktyabrın 13-də Almaniya kansleri Fridrix Merts Misirə rəsmi səfər edəcək.
Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Fridrix Merts İsrail və HƏMAS arasında atəşkəs sazişinin imzalanma mərasimində iştirak edəcək.
İmzalanma mərasimi Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək.
Tədbirdə həmçinin ABŞ Prezidenti Donald Tramp, Böyük Britaniya Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və İtaliya Baş naziri Ciorcia Meloninin iştirakı gözlənilir.
İsrailin Baş naziri Benyamin Netanyahunun mərasimə qatılıb-qatılmayacağı barədə isə hələlik məlumat verilmir.