Xəbər axtarın

Son axtarış nəticələri:

Amnistiya aktı 14 589 şəxsə tətbiq olunub

28.01.2026 15:59

Azərbaycanda amnistiya aktı indiyədək 14 589 şəxsə tətbiq edilib.

Primeinfo.az xəbər verir ki, bunu kollegiya iclasında Baş prokuror Kamran Əliyev Prezidenti İlham Əliyevin növbəti təşəbbüsü ilə Milli Məclis tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərarın icrası istiqamətində görülən işlər barədə danışarkən deyib.

O qeyd edib ki, ibtidai istintaq və məhkəmə baxışı mərhələsində olan cinayət işləri üzrə 429, habelə məhkum edilmiş 14160 şəxs barəsində tətbiq edilməklə ümumilikdə 14 589 şəxsə şamil olunub.

Amnistiya aktının icrası davam edir.

 

Paylaş: