Xəbər axtarın

Son axtarış nəticələri:

Avtomobildən 6500 manat oğurlandı: Şübhəli şəxs həbs edildi

06.12.2025 18:05

Nəsimi rayonu ərazisində gecə saatlarında naməlum şəxs yaşayış binasının həyətindəki “Mersedes” markalı avtomobildən 6500 manat pul oğurlayıb.

DİN-dən Primeinfo.az-a verilən məlumata görə, avtomobil sahibi bu barədə polisə müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı F.Həsənov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində digər bir nəfərin 1200 dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 52 yaşlı R.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

 

Paylaş: