Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “Biz niyə Çindən ərzaq alırıq? Bu fəlakətdir!” - VİDEO

11.12.2025 18:00


“Azərbaycanın belə böyük kənd təsərrüfatı potensialı ilə, bu qədər məhsulu ilə biz niyə ərzağımızı Çindən və ya başqa ölkədən alırıq?”

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.

O qeyd edib ki, Azərbaycanın qida məhsullarında xaricdən asılılığın artması təəccüb doğurur:
“Keçən dəfə iqtisadçı Natiq Cəfərli bizim efirdə dedi ki, Azərbaycanın qida məhsullarında xaricdən asılılığı təxminən 80 faizə yaxınlaşır. Bu bilirsiniz nədir? Bu fəlakətdir! Azərbaycanın qida sektoru faktiki olaraq ixracdan asılıdırsa, bu sahədə çalışan “komanda”nı hop götürüb zibil vedrəsinə atmaq lazımdır. Rayonlarda meyvələr ağaclardan yerə tökülür, məhv olur. Amma gəlib Bakıda bazarda meyvələrin qiymətlərinə baxsınlar”.

Daha ətraflı “Qırmızı masa”da:

 

 

Paylaş: