
“Deyirlər ki, uşağın 3 yaşı var, 3 dildə danışır. Düşünürlər ki, bu, doğrudur. Axı bizim ana dilimizin başqa dillərdən əksikliyi nədir?”
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.
O, azyaşlı uşaqlarına doğma Azərbaycan dili əvəzinə rus, ingilis dilində danışmağı öyrədən valideynləri tənqid edib:
“Öz millətinin, dilinin məsuliyyətini, missiyasını anlamayan bir nəsil yetişib. Hərdən fikirləşirəm ki, görəsən hələ neçə illər təbliğat proqramları aparmalıyıq ki, uşaqların dil məsələsinin, cəmiyyətin dilə münasibətinin strateji təhlükəsizlik, gələcəyimizin inkişafı üçün vacib bir faktor olduğunu onlara anlada bilək”.
Davamı “Qırmızı masa”da: