Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan Basketbol Liqasında V turun oyunları davam edir

31.10.2025 23:27

Azərbaycan Basketbol Liqasında V turun növbəti oyunları keçirilib.

Primeinfo.az-ın məlumatına görə, A qrupunda yer alan “Gəncə” “Şəki”ni qəbul edib.

Qarşılaşma qonaqların 84:70 hesablı qələbəsi ilə bitib.

B qrupunda mübarizə aparan “Sərhədçi” isə “Sumqayıt”la üz-üzə gəlib. Matçda “gənclik şəhəri” təmsilçisi 84:80 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ötən gün “Ordu” səfərdə “Lənkəran”ı məğlub edib – 91:76. Tura noyabrın 2-də yekun vurulacaq.

 

Paylaş: