
Rusiyanın ötən gecə Kiyevə qarşı hücumda istifadə etdiyi “İskəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında bildirib:
“Ukraynaya hücumda təxminən 430 dron və 18 raketdən istifadə edilib. Təkcə Kiyevdə onlarla yaşayış binası zədələnib. Azərbaycan səfirliyinin binasına “İskəndər” raketinin qəlpələri düşüb”.
Ötən gecə Rusiyanın Ukraynaya hücumlarında 4 nəfər ölüb, 20 nəfərdən çox insan xəsarət alıb.