Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda qızıl və gümüş istehsalı artdı

14.11.2025 16:36

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2592.7 kq qızıl, 3218.1 kq isə gümüş istehsal edilib.

Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.6%, gümüş istehsalı isə 19% artıb.

Qeyd edək ki, 2025-cü il noyabr ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 69.7 kq və 699.1 kq təşkil edib.

Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.

Paylaş: