Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanın Ankara böyükelçisi Rəsulzadəni ziyarət edib - FOTO

31.01.2026 14:01

Azərbaycanın Ankara böyükelçiliyinin əməkdaşları Azərbaycan Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin 142-ci doğum günündə onun Əsri Məzarlığındakı məzarını ziyarət edib. Bu haqda böyükelçi Rəşad Məmmədov sosial şəbəkə platformasında paylaşım edib.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində doğulub. 1955-ci il martın 6-da mühacirət həyatı yaşadığı Ankarada vəfat edib. Türkiyə prezidenti Celal Bayarın qərarı ilə dövlət törəni ilə Ankara Əsri Məzarlığında dəfn edilib. Məzar Rəsulzadənin qurduğu Azərbaycan Kültür Dərnəyinin mühafizəsi altındadır. 2024-cü ildə Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi üzrə dövlət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə məzar və çevrəsi abadlaşdırılıb.

Paylaş: