
Taleh Balaşirin oğlu Zöhrabov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, ölkə başçısının bundan əvvəlki sərəncamı ilə Əliyənnağı Mehti oğlu Hüseynov Təbriz şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.