Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edilib

27.11.2025 11:53


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabr 28-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib.

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək. Eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.

 

Paylaş: