Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı metrosu “Qarabağ” oyunu üçün iş rejimini uzatdı

09.12.2025 14:56


Bakı metrosu “Qarabağ” FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək.

“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq.

Paylaş: