
Bu gecə Bakı səmasında dron səsləri eşidilib.
Primeinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Bildirilib ki, dron səsləri Buzovna, Balaxanı, Binə, Əhmədli, Suraxanı və digər bir neçə qəsəbədə aydın eşidilib.
Məsələ ilə bağlı Manset.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, narahatlığa heç bir əsas yoxdur:
“Havada müşahidə olunan dronlar Azərbaycana məxsusdur və nəzarət məqsədilə uçuşlar həyata keçirilir. Bu dronlar müəyyən ərazilərdə vəziyyətə nəzarət etmək üçün istifadə olunur və mövcud şəraitdə belə uçuşlar normal sayılır”.
Əhalidən bu kimi hallarda təşvişə düşməmələri xahiş olunub.
GSSR44 Teleqram kanalının məlumatına görə, Bakıda eşidilən dron səsləri Azərbaycan Silahlı Qüvvələrinin PUA-larına məxsusdur:
“Təhlükəsizliyin təmin olunması üçün mütəmadi (təlim) uçuşlar həyata keçirilir. Təşviş yaradan yazılara isə aldanmayın. Qohuma-qonşuya zəng eləməyə ehtiyac yoxdur”.