Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşü keçirilir - FOTO - VİDEO

06.11.2025 10:50

 

8 noyabr – Zəfər Günü münasibətilə bu gün paytaxt Bakının müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşü keçirilir.

Primeinfo.az xəbər verir ki, yürüşdən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib və hərbçilər üç marşrut üzrə yola çıxıblar:

Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrosu – Qala Qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;

Q.Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı;

“Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti;

Hərbçilərin  yürüşləri saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçında da müəyyənləşdirilmiş marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

 

Paylaş: