Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda liseydə şagirdin müəlliməsini güllələməsi ilə bağlı cinayət işi açılıb - ŞOK OLAY - VİDEO - YENİLƏNİB

06.02.2026 11:08

Bakıda liseydə şagirdin müəlliməsini güllələməsi ilə bağlı cinayət işi açılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

***

Bu gün saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.

TƏBİB-dən məlumat verilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

***

11:00

“İdrak” liseyində şagirdin müəlliməsini güllələməsinin bəzi təfərrüatları məlum olub.

Şahidlərin “Report”a verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib.

Bildirilib ki, güllə müəllimənin boyun nahiyəsinə dəyib.

Qeyd olunub ki, hazırda dərslər təxirə salınıb, valideynlər uşaqlarını məktəbdən götürürlər.

Güllə atan şagirdin atası Şirinov Samir əvvələr Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində işləyib, hazırda işsizdir.

***

11:08

Bu gün Bakının Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

***

10:49

Daxili İşlər Nazirliyi “İdrak” liseyində şagirdin müəllimi güllələməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

10:25

Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib.

Primeinfo.az-ın “Unikal”a istinadən məlumatına görə, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.

Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub.

Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.

Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.

Paylaş: