
1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.
Primeinfo.az-a bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, 6 fevralda Bakıda yerləşən “İdrak” liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi Ə.Ş. liseyin müəlliməsi, 29 yaşlı Şəhla Kamilovanı güllələyib.