Xəbər axtarın

Son axtarış nəticələri:

"Barselona"nın yarımmüdafiəçisi bu səbəbdən oyundan kənarlaşdırıldı

27.11.2025 19:00

 

İspaniyanın “Barselona” klubunun futbolçusu Fermin Lopes iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Primeinfo.az “Marca”ya istinadən xəbər verir ki, buna 22 yaşlı yarımmüdafiəçinin zədələnməsi səbəb olub.

İspaniyalı oyunçu bu gün məşqdə sağ ayağından zədə alıb.

Əvəzində Kataloniya təmsilçisinin digər yarımmüdafiəçisi Pedri artıq məşqlərə başlayıb.

Paylaş: